"Brüsseldə ciddi irəliləyişin olduğunu düşünməsəm də, həmişəki kimi müəyyən detalların müzakirəsi, tərəflərin mövqeyini açıq şəkildə bildirməsi və əlbəttə ki, sonradan müzakirələrin yerinə yetirilməməsi baxımından beynəlxalq çərçivədə Bakının əlinin güclənəcəyini təxmin edirəm".
Bunu Faktmedia.az-a müsahibəsində politoloq Züriyyə Qarayeva deyib.
O, həmçinin qeyd edir:
"Paşinyan görüşlərdə ərazi bütövlüyünü tanıyır, lakin sonra tamamilə əks mövqe sərgiləyir, ərazi iddialarında bulunur, bu azmış kimi sərhəddə təxribata əl atır. Bu baxımdan bu cür görüşlərin keçirilməsi ilə təxribat və sabotaj ritorikasından heç vaxt əl çəkməyən erməniləri yola gətirməyin tək çarəsinin sahədə olduğu bir daha təsdiqlənir".
Qeyd edək ki, Nikol Paşinyan bir neçə dəfə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır deyə bildirib.
Havar Şəfiyeva