Bakı-Ələt yolunun yaxınlığında magistral su xətti partlayıb.
Hadisə Qaradağ rayonu ərazisindən keçən hissədə baş verib.
İlkin məlumata görə, ərazidən keçən Kür-Bakı magistralı su xətti yenidən partlayıb.
Hadisə şahidlərinin sözlərinə görə, əraziyə polis əməkdaşları gəliblər.
Qeyd edək ki, ötən ilin oktyabrında da həmin su kəmərində analoji hadisə baş vermişdi. Hadisə zamanı magistral yolu su basmışdı.
+++
“Sözügdən Kür-Bakı magistral su kəməri sovet dövründə çəkilib. Artıq ikinci dəfədir həmin kəmərdə qəza baş verib”.
Bu sözləri “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Faktmedia.az-a açıqlamasında deyib.
O bildirib ki, hadisə bu gün səhər saat 5-6 radələrində qeydə alınıb:
“Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza olub. Qurumun qəza xidmətinin əməkdaşları artıq əraziyə cəlb edilib. Su avtomobil yoluna deyil, yaxınlıqdakı dərəyə axır”.