Bakıda gənc qız şantaj olunub.
Faktmedia.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Polisə müraciət edən G.A. naməlum şəxsin onun qeyri-münasib tərzdə çəkilmiş foto şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək külli miqdarda pulunu aldığını bildirib.
Daxil olan şikayət əsasında araşdırmalara başlanılıb. lent.az