Sosial şəbəkələrdə piyadaların yolunu kəsən avtomobilin görüntüləri yayılıb.
Faktmedia.az xəbər verir ki, 90-ZN-950 dövlət nömrə nişanlı, "Range Rover" markalı avtomobilin sürücüsü paytaxtın Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində piyada keçidinin üstündə park edərək gedib.
Bu isə piyadaların hərəkət etməsinə maneəçilik törədib. Sürücünün kimliyi isə bəlli deyil. Saytımızın əldə etdiyi məlumata görə, bahalı nömrəli maşın məmurlardan birinin övladına məxsusdur.
Rəna Həsənova