AĞ Partiyasının rəhbəri Tural Abbaslının paylaşdığı foto tənqidlərə səbəb olub.
Faktmedia.az xəbər verir ki, partiya rəhbəri ofislərinə təşrif buyurmuş meyxanaçı Rövşən Binəqədili ilə olan fotonu paylaşıb.
Tural Abbaslı həmçinin Mədəniyyət Nazirliyinə də müraciət edib. Meyxanaçıya layiq olan diqqət göstərilmədiyi üçün nazirliyi qınayıb:
"Vətən müharibəmizin "Can gedirik almağa" mahnısı ilə az qala himnini yazan Rövşən Binəqədili bu gün dövlətimizin və telekanalların diqqət mərkəzindən kənarda qalıb. Bayağı müğənnilərlə efirlərini dolduran telekanallarımız onu verilişlərinə çağırmırlar. Mədəniyyət Nazirliyinə müraciət edirik. Vətənpərvərlik mahnıları ilə milyonların qəlbinə yol tapan Rövşən qardaşımıza sahib çıxın. Bu həm də nazirliyin vəzifə borcudur!".
Həmin fotonu təqdim edirik:
Rəna Həsənova