Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvü Sona Ağayeva “Zagreb 2023 World Boccia Challenger” turnirinin gümüş medala sahib çıxıb.
Faktmedia.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, yarış Paris 2024 Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.