25-26 mart tarixində Yardımlı İdman Kompleksində ikinci böyük kitab sərgisi keçirilib.
Faktmedia.az xəbər verir ki, sərgi Vərgədüz kənd orta məktəbinin müəllimi Türkel Tağızadənin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Sərginin keçirilməsində Rayon gənclər və İdman İdarəsi GİK Yardımlı nümayəndəliyi də böyük dəstək olub. Sərgidə 1000-ə yaxın test vəsaiti məktəblilərə pulsuz olaraq paylanılıb.
Sərgidə Vərgədüz incəsənət klubunun üzvlərinin toxuduqları müxtəlif əl işləri də sərgilənib və satışı həyata keçirilib. Eləcə də gənc rəssam Səməd isgəndərlinin rəsmləri nümayiş etdirilib.
Sərgidə 1000-ə yaxın bədii və elmi kitablar sərgilənib.