Azərbaycan ərazisində fevralın 28-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Faktmedia.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6, gündüz 8-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək, 766 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında, hava şəraiti, əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.