Ötən sutka ölkə ərazisində 134 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və bir yol-nəqliyyat hadisəsi faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Faktmedia.az bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 7 nəfər, o cümlədən Balakən rayonunun Qullar kəndində “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalmış bir nəfər xilas edilib.