Paytaxtda növbəti dəfə elektrik enerjisindən qanunsuz istifadə halları aşkarlanıb.
Faktmedia.az-a verilən xəbərə görə, “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman təmir-tikinti işləri həyata keçirən maklerlərin qanunsuz elektrik enerjisindən istifadə halları müəyyən olunub.
Qurumun işçiləri yaranmış halın qarşısını almaq məqsədi ilə prosesi davam etdirəcəklərini bildiriblər.
“Azərişıq” ASC-dən saytımıza bildirilib ki, insanları qanunsuz istifadə hallarına ev tikdirən maklerlər sövq edib. Onların sayğaclardan istifadə etmələri üçün xəbərdarlıq edilib.
Rəna Həsənova