Xalq artisti Mehriban Zəki illər əvvəl rol aldığı "Hökmdarın taleyi" filminin çəkilişlərindən bəhs edib.
Faktmedia.az xəbər verir ki, aktrisa çəkiliş zamanı yaşadığı çətinliyi bölüşüb:
"Tarixi filmlərdə işləməyi çox sevirəm. 2006-cı ildə çəkilən "Hökmdarın taleyi" filminin iş prosesi zamanı: O zaman çəkilişlər Şəkidə gedirdi. Amma Qarabağı təsvir etmək çox çətin idi. Filmdə bir epizod var: rus əsgərləri atlarla torpağa ayaq basır və "Qarabağın gözəlliyinə söz ola bilməz" deyir. Görüntüdə isə yalnız saralmış otlar vardı. İkimənalı fikir idi.
İllər keçəndən sonra Qarabağın təbiətinin gözəlliyini həqiqətən gözlərimizlə görmək nəsib oldu millətimizə. Min şükür. O torpaqlar uğrunda həlak olan igidlərimizə min rəhmət".