Xəbər verdiyimiz kimi, Məşhur türk serialında Azərbaycanın ərazisindən Naxçıvan Muxtar Respublikası çıxarılıb.
"Ben bu cihana sığmazam" serialında divarda əks olunan xəritədə Naxçıvan Azərbaycanın bir hissəsi kimi göstərilmir.
Məsələ ilə bağlı Serialın Azərbaycandan olan çoxsaylı izləyicilərinin də haqlı narazılığına səbəb olan bu halla bağlı sözügedən serialı çəkən “Güzel Adamlar Medya” şirkəti ilə əlaqə saxlanılıb. Şirkət rəsmiləri, texniki səhv yaşandığını bildirərək, baş vermiş yanlışlığa görə Azərbaycan tərəfindən üzr istəyib.
Şirkətə Azərbaycanın xəritəsi təqdim olunub və şirkət həmin seriyanın təkrarında xəritənin düzəldiləcəyini bildirib.
Qeyd edək ki, belə bir xətanın olmasını da elə ilk Faktmedia.az işıqlandırıb.
Sevinc Hüseynova