"Heç kəsə sirr deyil ki, ayaqqabı və çanta brendləri satışda ən gəlirli kateqoriyadır".
Faktmedia.az xəbər verir ki, bu sözləri stilist Anna Orlova Lent.ru ya açıqlamasında deyib. O, müsahibədə 2023-cü ilin yaz-yay aylarında trenddə olacaq modellərin adını çəkib.
"Çanta qadınların əsas aksesuarıdır. Deyirlər ki, qadının bütün həyatı əl çantasına sığar. Buna görə də, əlbəttə ki, hər mövsüm dizaynerlər bizi bir şeylə təəccübləndirməyə çalışırlar".
Onun sözlərinə görə, bu mövsümün əsas trendləri arasında aypara şəkilli çantalar və böyük ölçülü alıcı çantalar əsas yer tutacaq.
“Dizaynerlər kiçik çantalar və pul kisələri də podiumda görür, lakin bu, daha çox çanta kimi yox, bəzək əşyası kimi istifadə etmək üçün nəzərdə tutulur".
O, eyni zamanda ayaqqabıların mütləq şəkildə çanta ilə uyğun geyinməsini tövsiyyə edib.
Sevinc Hüseynova