"Millət vəkili Qənirə Paşayevanın ölüm səbəbi ilə bağlı şayiələr yayılıb, lakin onlar ciddi deyil. Hesab edirəm ki, məsələni bu qədər də başqa yerlərə yozmaq doğru deyil".
Bu fikirləri Faktmedia.az-a millət vəkili Fazil Mustafa deyib.
Deputat mərhum həmkarı haqqında bunları bildirib:
"Çünki Azərbaycanın yüksək səviyyəli həkimlərinin nəzarəti altında müalicə prossesi aparıldı. Dövlətin yüksək nəzarəti altında aparılan müalicə prossesində əgər elə bir şeylər olsaydı, bunlar aydınlaşdırılardı. Ona görə də belə şayiələr gerçək görünmür. Adətən tanınmış şəxslərin vəfatı ilə bağlı bəzən belə şayiələr gündəmə gətirilir, amma sonradan görünür ki, sensasiya xatirinə ortaya atılan məsələlərdir və inandırıcı gəlmir".
Rəna Həsənova