“Artıq rejissorların nəsə çəkməyinə ehtiyac yoxdur. Hazır çəkilib. Bütün cəsarətlik və qəhrəmanlıqla birlikdə bu ifadəni işlətmək olar: namuslu vuruşma".
Faktmedia.az xəbər verir ki, bu fikirləri Xalq şairi Ramiz Rövşən deyib. Şair əlavə edib:
"Oğru kimi yox, xəlvətdən mina təmizlənmiş yerə bina qoymaq yox. O, insan xislətı deyil. 1 günlük hərbi əməliyyatı təkcə əməliyyat saymıram, həm də o, cərrahi əməliyyatı idi. Göstərdi ki, onlar yalançı təkəbbürdən, yalançı özündənrazılıqdan kəsildi və gəldilər ağ bayraq qaldırdılar”.
Bəsti MƏMMƏD