Xalq artisti Rasim Balayev “İstiqlal” ordeni ilə təltif edilib.
FAKTMEDİA.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Rasim Əhməd oğlu Balayev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif olunub.
Qeyd edək ki, avqustun 8-də R. Balayevin 75 yaşı tamam olur.