"Bonadea hospitalı"nın mətbuat xidmətinin rəhbəri Samir Orucov Faktmedia.az-a bildirib ki, jurnalistə ilkin tibbi yardım göstərilib və MRT olunub: "Hazırda vəziyyəti stabildir, huşu üstündədir. Reanimasiiya şöbəsindən çıxarılacaq. Müaicəsi ailəsinin razılığı ilə başqa bir hospitalda davam etdirələcək".
08-44
Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Nətavan Babayeva reanimasiyaya yerləşdirilib.
Gununsesi.info-nun xəbərinə görə, bir neçə ildir ki, onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşib.
Ailəsi onu paytaxtın Bonadea hospitalına yerləşdirib.
Yaxınları onun müalicəsinə kömək üçün bir neçə gün əvvəl Heydər Əliyev Fonduna müraciət etmişdi.
Xatırladaq ki, Nətavan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub