Xəbər verdiyimiz kimi, Rusiyada dövlət çevirilişinə (red: "Vaqner" özəl hərbi dəstənin Rusiyanın əyalət şəhərlərindən birinə hücumu və mühasirəyə alması) baş verdi. Axşamdan etibarən Rastov şəhəri "Vaqner" muzdlularının tabeliyinə keçdi. Daha bir şəhərə hücum reallaşıb. Bu hadisədən dərhal sonra Moskvaya hücumla bağlı ultimatum verildi. "Vaqner" şirkətinin rəhbəri Priqojin açıqlamasında bəyan etdi ki, onun özəl hərbi dəstəsi (25 minlik ordu) tabe olmayacaq və sona qədər döyüşəcək.
“Vaqner”in rəhbəri Yevgeni Priqojin bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov saxlanılıb hərbi məhkəmə qarşısına çıxarılmayınca onlar silahı yerə qoymayacaqlar.
Rusiya rəhbəri Vladimir Putin xalqa müraciət etdi. O, bunu arxadan vurulan zərbə adlandırdı. Belə çıxır ki, artıq bütün "pərdələr" yırtıldı və Putin Ukrayna ilə yanaşı "vaqner"lə döyüşəcək.
Xatırladaq ki, belə bir hadisə Azərbaycanda da baş verib. Azərbaycanın torpaqlarının işğal edildiyi dövrdə ölkədə qiyam başladıldı. Ölkə taleyi iki cəbhəyə ayrıldı: qiyamın yatırılmasına, torpaqların qorunmasına. Bu isə əsl faciə idi - tarixin qısa özəti isə beləolub:
Azərbaycan Respublikasının keçmiş baş-naziri Surət Hüseynovun qanunsuz yaratdığı Gəncədə yerləşən silahlı dəstələr, onun göstərişi əsasında oktyabrın 2-də silahlı basqın yolu ilə Gəncə şəhərində icra hakimiyyətini, hüquq mühafizə orqanlarını, dövlət əhəmiyyətli obyektləri ələ keçirdilər və bunu digər rayonlarda davam etdirməyə çalışdılar. Həmin vaxt Amerikada səfərdə olan Heydər Əliyev səfərini yarımçıq qoyaraq dərhal Bakıya qayıtdı. Rövşən Cavadovun qardaşı Mahir Cavadov və onun nəzarətində olan 8 nəfər silahlı şəxs isə Respublika Prokurorluğunun inzibati binasına basqın edir.
Qiyamdan sonra 4 oktyabr 1994-cü il hadisələri ilə bağlı həbslər başlayır, Azərbaycanın Qarabağ müharibəsini keçmiş bir çox zabit və bir neçə generalı, bütövlükdə 800-dən artıq adam müxtəlif ittihamlarla həbs olunur. R.Cavadov daha sonra öz hərəkətləri ilə Baş nazir Surət Hüseynovun hazırladığı iddia edilən "əsl çevrilişin" qarşısını aldığını bildirdi.
Qiyamla əlaqəli baş verən qarşıdurmalarda ümumilikdə 3 nəfər həyatını itirir, daha bir neçə nəfər isə yaralanır.
Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırıldı. S.Hüseynov parlamentin iclasında özünə haqq qazandırmağa çalışaraq deyir: "Əgər çevriliş etmək istəsəydim, bunu Gəncədə yox, Bakıda həyata edərdim, çünki ofisim prezident aparatından cəmi yüz metr məsafədədir". Cəmi bir həftə sonra parlament keçmiş baş nazirə qarşı cinayət işinin qaldırılması, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsinin tövsiyə olunması haqqında qərar qəbul etdi. Oktyabrın 30-da Sürət Hüseynovun əlindən "Azərbaycan Milli Qəhrəmanı" adı alındı. Həbs olunan Hüseynov az sonra naməlum şəxslər tərəfindən qaçırıldı. Tezliklə o, Rusiyada peyda oldu. 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. Sürət Hüseynov 2004-cü ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv edildi.
Bəsti MƏMMƏD