"Cəmiyyətdə çox uşaqlı ailələrə ziddiyətli münasibətlər var. Mən çox uşaqlı ailədə doğulmuşam. Həm də çox ağır illərdə, ucaqar kiçik kasıb bir kənddə ata ana bizi çox böyük əziyyətlə böyüdüb. Sonra onların xoş günlərini gördülər. Əziyyətin cavabını tale onlara qaytardı. Bu şəxsi yanaşmadır. Burada psixoloji bir məqam var. Qardaş qardaşı, bacı bacı istəyir".
Bu sözləri Faktmedia.az-a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı deyib. Deputatın sölərinə görə, hər bir ailədə 4 uşağın olması normal haldır:
"Mənim iki uşağım var idi, hamı mənə deyirdi ki, anan ölsün sən də sonsuz qaldın. Deyirdilər ki, iki uşaq olmaq elə sonsuz olmaq kimi bir şeydir. Bəzi ailələrdə bir uşaq olur. Allah uzaq etsin bəzən faciələr baş verir, həmin uşaq da əldən çıxır. Uzun illərdir görmüşük ki, Azərbaycan ailələri həmişə çox uşaqlı olub. Biz bu ənənəni davam etdirməliyik. Lakin buna təsir edən qüvvələr var. Ailə nizamlanma proqramları, Qərbin təsiri və s bunlar hamısı normal ailələri dağıtmaq üçün quraşdırılmış şeylərdir. Ailə dövlətin də, cəmiyyətin təməlidir. Hər bir ailə 4 uşaağı saxlaya bilər. İndiki gəlinlər gözəlliklərini qorumaq üçün uşaq doğmaqdan qaçırlar. Bəziləri qorxudan qarınlarını yardırırlar, belə hallar yol verilməzdir. Analar uşağa ana süd vermirlər, biraz müddət keçəndən sonra döş xərçənginə tuturlar. Mən hesab edirəm ki, normal halda sağlam şəkildə böyüdərək Azərbaycan ailələrində 4 uşaq olmalıdır".
Havar Şəfiyeva