Zəngəzur dəhlizinin açılmasında əngəl Ermənistan deyil, İrandır.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Zəngəzur dəhlizi ətrafındakı problem Ermənistanla deyil, İranla bağlıdır. Burada İranın belə bir davranış nümayiş etdirməsi həm Azərbaycanı, həm də bizi üzür. Əslində, onları da üzməlidir. Arzu edirəm ki, qısa zamanda bu problemi həll edərik. Buna müsbət yanaşsalar, bu gün həm quru yolu, həm də dəmir yolu ilə Türkiyə-Azərbaycan-İran bir-biri ilə bütövləşər və bəlkə də, “Pekin-London xətti” də açılmış olar”, - deyə Türkiyə prezidenti vurğulayıb.