"Qədimdən Azerbaycan qadınları, müəyyən yaşdan və cəmiyyətdə tutduqları mövqədən sonra çox böyük uğura malik olublar. Türk dünyasında yeganə xalqlardandır ki, Azərbaycan xanımları hər zaman xüsusi bir missiyaya malik olublar və bu missiya onlara imkan yaradıb ki, öz hüquqlarını, haqlarını müdafiə etsinlər və azadlıqlarını heç kimlə bölüşməsinlər. Amma illər keçdikcə bir mərhələ oldu ki, İslam dininin müəyyən gerilənmə vaxtlarında qadınlarlarımızın hüquqlarının əlindən alınması ilə cəmiyyət olaraq vuruşmalı olduq".
Bu sözləri Faktmedia.az-a açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O, həmçinin əlavə edib:
"Xüsusən də M. F. Axundov, Mirzə Cəlil və Sabir kimi sənətkarların əsərlərindən göründüyü kimi bizim xanımlarımız öz hüquqları uğrunda mübarizə aparmağa başladılar. Tarixi faktdır ki, Azərbaycan demokratik cümhuriyyəti qurulanda şərqdə ilk dəfə qadınlara hüququ verildi və qadınlarımız çox intellektual feminist bir hərəkətə başladılar. Hətta bunu Cəfər Cabbarlının Sevil, Almaz əsərlərindən də görürük. Azərbaycanda iflat dərəcədə xanımlarimiza böyük imkanlar yaratdi. Bəzən cəmiyyət öz hüquqlarını, haqlarını bilən bunun uğurunda vuruşan, mübarizə aparan qadınlara öz başına hərəkət kimi qəbul etməyə başladı və bu da əlbəttə ki ilkin vaxtlarda müəyyən problemlər yaratdı. Amma get gedə bu problemlərdə arxa plana çəkilir. Xanımlarımiz təhsil, mədəniyyət, tibb, elm hətta bələdiyyə və digər sahələrdə əsas aparıcı qüvvələrə çevriliblər. Və yaxud Azərbaycan hüquq mühafizə orqanlarının baxışlarında məhkəmədə qanunlarda daha çox qadınlarda üstünlük verilir. Dünyanın heç bir yerində olmayan ictimai nəqliyyat, ictimai yerlərdə qadınlara yer verilməsindən tutmuş qadınlar olan yerdə siqaret çəkmək və yaxud söyüş söymək kimi mənfi ternenziya Azərbaycanda demek olar ki, olmaması və yaxud iş yerlərində qadınlara xüsusi səlahiyyətlarin verilməsi buna sübutdur. Əlbəttə istər xanımlar istər cəmiyyət qadının, kişinin cinsəl ayrı seçkiliyinə qarşı, ailədə şiddətə qarşı olmalıdır. Qadın haqlarının, hüquqlarinin qorunması ümumiyyətlə insan hüquqlarınin universal olmasını qəbul etməlidir. Bu zaman artıq problemlər də aradan çıxacaq, eyni zamanda Azərbaycan qadının qayınana, ana, bacı, gəlin, əmidostuya olan o, möhtəşəm hormət, sayqı artıq qanuni şəkilində yox həm də etik səkilində yenidən bərpa olunacaq".
Havar Şəfiyeva