Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələri
ndə olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Faktmedia.az-ın əməkdaşı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Uşaq Nevroloji Sanatoriyasına baş çəkib. Məlum olub ki, Mingəçevirdə valideyn himayəsindən məhrum olmuş 21 uşaq var. Onlar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Uşaq Nevroloji Sanatoriyasında yerləşirlər. Burada əsasən nevroloji, əqli gerilik, eplepsiya, şizofreniya, uşaq serebral iflic olan uşaqlar müayinə-müalicə olunurlar.
Həmin uşaqlar 16-18 yaşa qədər sanatoriyada qalırlar. Bu yaşdan sonra onların taleyi məlum olmur. Yeri gəlmişkən onu da qeyd edək ki, elə bu sanatoriyanın Namiq adlı pasiyenti indi küçə-küçə gəzərək gecələməyə yer axtarır. Namiqin valideyinləri kimi digər bir neçə valideyin var ki, sağlam övladını gətirib bura təhvil verib. Onlardan Arzum, Cavanşir iki qardaşlardır. Biz sanatoriyanın qapısından içəri daxil olan kimi həmin bu uşaqlar qarşımıza yüyürüb bizdən anasını soruşdular. Sanki elə başa düşm
üşdülər ki, biz onlara valideyinləridən xəbər gətirmişik. Hər bir uşaq ana-ata nəvazişi istəyir. Cavanşir və Arzum valideyinlərini tanımır. Sanatoriyanın həkimi Sevinc xanım deyir ki, onları bizə nənəsi gətirib:
”Uşaqların anaları başqa ölkədə ikinci ailə həyatı qurub. Heç vaxt övladlarını axtarmayıb. Ata isə ümumiyyətlə yoxa bərabərdir. Biz görməmişik, nənə də bir iki dəfə gəldi getdi artıq o da gəlmir. Baxın, bu uşaqlara, biz nə qədər qayğı ilə yanaşsaqda yenə onlar ev istəyirlər, ata-ana nəvazişinə möhtəcdılar”.
Qardaşların yaşları az olsada onların arzuları böyükdür. Biri böyüyəndə əsgər olmaq istəyir, digəri polis. Onu da deyək ki, hər ikisi də dərslərini yaxşı oxuyurlar. Amma onların gözlərindəki kədər aydın sezilirdi. Yenə də uşaqdılar rəqs edirlər, deyib-gülürlər və sanatoriya müəyyən vaxta qədər bu uşaqlara kimsəsizliyi,tənhalığı unutdurur...
Esmira Hidayətova