Naxçıvanda bir qrup həkim maaşlarına əlavə nəzərdə tutulan sığorta ödənişinin verilməməsinə qarşı etiraz ediblər.
Faktmedia.az-a bu barədə məlumat verən Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkimi bildirib ki, etiraza demək olar ki, bütün xəstəxana həkimləri qoşulub.
Lakin onlar icbari tibbi sığorta ilə xidmət göstərdikləri işin müqabilində əlavə vəsaiti ala bilməyiblər.
Bəsti Məmməd