"Uzun müddətdir burda gedən etirazlar hələ də sakitləşmək bilmir. Dəfələrlə qızların oxuduğu məktəblərdə zəhərlənmələr baş verir. Sonuncu dəfə zəhərlənə törədilən məktəbdə bizim də övladlarımız təhsil alırdı. Çox şükür ki, onlara heç nə olmadı".
Bu sözləri Faktmedia.az-a açıqlamasında İranda yaşayan azərbaycanlı Ayişə Qasımi deyib.
O, həmçinin bildirib:
"Biz sadə vətəndaşıq deyə çox da dərinə gedə bilmirik, çünki ağzından söz çıxaranı birbaşa həbs edirlər. Azərbaycanlı olduğumuzu biləndə isə, bu təhdidlər daha da çoxalır. Son vaxtlar qadınları izləmək üçün bir çox küçələrdə kameralar quraşdırıb. Əxlaq polisləri qadınlarla çox qəddarcasına rəftar edirlər. Hətta bu yaxınlarda tanıdığımız yeniyetmə bir qız başı açıq gəzdiyi üçün döyülüb. Əxlaq polisləri insanların gözünə əzrayııl kimi görünür. Ümüd edirəm tezliklə bu qəddar hakimiyyət, insana xas olmayan bu əməllərdən əl çəkcək".
Qeyd edək ki, bir çox Avropa ölkələri İranda insan hüquqları kobudcasına pozulduğu üçün bu ölkəyə sanksiyalar tətbiq etməyə başlayıb.
Sevinc Hüseynova