Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov bir neçə vəzifəli şəxsi işindən uzaqlaşdırıb.
Faktmedia.az-ın əldə etdiyi məlumata görə, o, muxtar respublikada və onun rayonlarında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan idarələrə baxış keçirib.
Yoxlama nəticəsində qanun pozuntuları edən vəzifəli şəxslər işindən azad edilib.
Mənbədən saytımıza bildirilib ki, yoxlamalar hal-hazırda davam etdirilir.
Qeyd edək ki, Ceyhun Cəlilov bu il nazir vəzifəsinə təyin edilib.
Sevinc Hüseynova