Xəbər verdiyimiz kimi, Bakı-Salyan yolundakı qəzada ölənlərin sayı 4 nəfərə çatıb, 2 nəfər yaralanıb. Hadisə dünən magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.
Faktmedia.az-ın əldə etdiyi məlumata görə, ölənlərdən biri musiqiçi olub. Bu barədə saytımıza müğənni Manaf Ağayev deyib. Belə ki, qəzada həlak olanlar tanınmış sintezator ifaçısı Bayram Bağırsoyun ailə üzvləridir. Dilarə Bağırova onun anası, 3 yaşlı Bayxan isə oğludur.
Rəna Həsənova