Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Milli Məclisinin deputatı Fazil Mustafa yaşadığı evin qarşısında güllələnib. Deputatın güllələndiyi xəbərindən sonra sosial şəbəkədə onun haqqında qeyri-etik ifadələr yer alıb. Həmçinin onun İranla bağlı verdiyi açıqlamlara görə, iranyönümlü şəxslər aktivləşiblər.
Xatırladaq ki, bir neçə gün öncə Fazil Mustafa Faktmedia.az-a İranda oxuyan, dini təhsil alanlar barədə sərt açıqlama vermişdi. Həmin açıqlamadan sonra onun fikirlərinə qarşı sosial şəbəkələrdə aqressiv davranışlar yer almışdı.
Həmin açıqlamanı bu linkdən oxuya bilərsiniz:
Rəna Həsənova