MI5 əməkdaşları İngiltərənin Almaniyadakı səfirliyində casus tutmaq üçün özlərini rus kimi təqdim ediblər.
Faktmedia.az xəbər verir ki, Böyük Britaniyanın Berlindəki səfirliyinin Moskvanın xeyrinə casusluqda ittiham olunan əməkdaşı Devid Smit Mİ5 əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. "Bloomberg" yazır ki, onlar şübhəli şəxsi tutmaq üçün özlərini rus kimi göstərməli olublar.
Diplomatik nümayəndəlikdə mühafizəçi işləyən Smitin özü günahını etiraf edib. O, bu həftənin sonunda hökm oxunacaq. Deyilənə görə, illər ərzində Smit “səfirlikdən bir sıra son dərəcə həssas məlumatlar toplayıb” və onu Rusiya hakimiyyət orqanlarına ötürüb. Bunun müqabilində guya ödəniş alıb.
Şübhəlini tutmaq üçün MI5 rusları təqlid etmək və Smitdən Britaniya səlahiyyətliləri ilə əməkdaşlıq etdiyi iddia edilən müəyyən bir adam haqqında məlumat toplamaq qərarına gəldi. Keçmiş mühafizəçi həmin şəxsin hərəkətlərini videoya çəkərkən yaxalanıb.
Havar Şəfiyeva