İspaniya mayın 28-də Fələstin dövlətini tanıyacaq.
Bunu Krallığın baş naziri Pedro Sançes Madriddə İspaniya Deputatlar Konqresində (parlamentin aşağı palatası) çıxışı zamanı deyib.
Yayım Cadena SER radiostansiyasının saytında aparılıb.
"Gələn çərşənbə axşamı, mayın 28-də İspaniya Nazirlər Şurasında Fələstin dövlətinin tanınmasını təsdiq edəcək",-deyə baş nazir əlavə edib.
Mayın 22-də Norveç və İrlandiya Fələstin dövlətçiliyini tanımaq qərarını açıqlayıb.