İspaniya İsraildə ölkəni tərk etmək üçün müraciət edən 429 nəfərin təxliyyəsinin tamamlandığını açıqlayıb.
İspaniya Müdafiə Nazirliyinin X-dəki postuna görə , dünən Təl-Əvivə göndərilən 2 təyyarə ilə təxliyə edilən 429 nəfər Madriddəki Torrejon de Ardoz hərbi hava bazasına gəlib.
Bildirilib ki, təxliyə edilənlərdən 334-ü ispan, 41-i Latın Amerikası, 22-si Avropa ölkələri, 32-si isə digər ölkələrin vətəndaşlarıdır.
Qeyd olunub ki, İspaniyanın daimi sakinləri, o cümlədən İsraildəki diplomatik personal təxliyə edilməyib.
Xəyalə Xəlilova