Türkiyənin Muğla şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.
Faktmedia-nın xəbərinə görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Məlumata görə, təbiət hadisəsi Türkiyə vaxtı ilə saat 00:40-da, Datça rayonu, Ege dənizində qeydə alınıb.
Zəlzələnin 14,82 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.
Zəlzələ bütün şəhərdə hiss olunub.