Türkiyədə relsdən çıxan metro platformanın divarına çırpılıb.
Faktmedia.az xəbər verir ki, bu barədə İzmir Böyükşəhər Bələdiyyəsi açıqlama verib.
Bİldirilib ki, hadisə İzmirin Bornova rayonunda Fahrettin Altay-Evka 3 istiqamətində hərəkət edən metro xəttində qeydə alınıb.
Nəticədə xəsarət alan olmayıb.
“Fahrettin Altay - Evka 3 metrosu bu gün saat 12.00 radələrində Sanayi metrosunun dayanacağında naməlum səbəbdən relsdən çıxaraq divara çırpılıb”.