ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edib.
Faktmedia.az xəbər verir ki, Blinkenin İsrailin yüksək vəzifəli şəxsləri ilə görüşləri gözlənilir.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Blinkenin 11-13 oktyabr tarixlərində İsrail və İordaniyaya səfər edəcəyi barədə məlumat yaymışdı. Səfər çərçivəsində ikitərəfli və regional məsələlərin müzakirəsinin gündəlikdə yer alması bildirilib.
Xəyalə Xəlilova