ABŞ Hərbi Dəniz Qüvvələri İranın Fars körfəzində ticarət gəmisini ələ keçirdiyini açıqlayıb.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ 5-ci Donanmasının sözçüsü komandir Tim Hawkings, ələ keçirilən gəminin qaçaqmalçılıq olduğunu düşündüyünü bildirib.
ABŞ donanmasının vəziyyəti izlədiyini və ələ keçirməyə müdaxilə etməmək qərarına gəldiyini bildirən Hawkings, ABŞ qüvvələrinin həyəcan vəziyyətində olduğunu və Yaxın Şərqin kritik sularında qanuni dəniz nəqliyyatı üçün naviqasiya hüququnu qorumağa hazır olduğunu qeyd edib.
Sözügedən gəminin qəza çağırışı etmədiyi diqqətə çatdırılıb və qaçaqmalçılıq iddialarının böyük ehtimalla doğru olduğunu vurğulayıb.
Rəna Həsənova