Havanın temperaturunun 40 dərəcəyə çatacağı gözlənilən Çinin paytaxtı Pekində işçilərə açıq havada işlərini dayandırmaq göstərişi verilib.
Pekin şəhər rəhbərliyindən verilən açıqlamada bu gün hava istiliyinin 40 dərəcəyə çatacağı gözlənildiyi, 22 milyonluq şəhərdə "qırmızı təhlükə" elan edildiyi bildirilib.
Açıqlamada rəsmi müəssisələrdə çalışan yaşlıların və xəstələrin sərin yerlərdə qalmasının təmin edilməsi ilə bağlı göstəriş verilib və açıq ərazidə görülən işlərin dayandırılması tələb edilib.
Sevinc Hüseynova