"Dünya gördü ki, Rusiya heç nəyə nəzarət etmir, baş verənlər xaosdur”.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib.
O bildirib ki, bu gün dünya gördü ki, Rusiya heç nəyə nəzarət etmir:
“Tam xaosdur. Proqnozlaşdırma yoxdur. Bütün bunlar silahla dolu Rusiya torpağında baş verir. Dünya qorxmamalıdır. Bizi nəyin qoruduğunu bilirik. Sadəcə bizim birliyimiz. Ukrayna, şübhəsiz ki, Avropanı istənilən rus gücündən qoruya biləcək və onlara kimin əmr verməsinin əhəmiyyəti yoxdur. Biz onu qoruyacağıq”.
Çıxışının digər hissəsini rus dilində davam etdirən Zelenski Rusiya prezidenti Vladimir Putini hədəfə alıb:
“Rus dilində oxuyacağam. Kremldəki oğlan çox qorxur və görünmür, yəqin ki, hardasa gizlənir. Əminəm ki, o, artıq Moskvada deyil. Yerlər axtarır və nəsə soruşur. Bu təhlükəni özü yaratdığı üçün niyə qorxduğunu bilir. Bütün pislikləri, bütün itkiləri, bütün nifrətləri yayan ondandır”.
Rusiya qüvvələrinin Ukrayna ərazisində olmasının Rusiyaya dağıntı gətirəcəyini bildirən Zelenski, “Əsgərləriniz Ukrayna ərazisində nə qədər çox qalsalar, Rusiyaya bir o qədər çox dağıntı gətirəcəklər. “Bu adam Kremldə nə qədər çox qalsa, bir o qədər fəlakətlər baş verəcək” deyə çıxışında vurğulayıb.
Havar Şəfiyeva