Çinin Yinçuan şəhərində restoranda baş verən partlayışbaş verib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, mayeləşdirilmiş neft qazının dağılması manqal restoranının fəaliyyəti zamanı partlayışa səbəb olub.
İlkin məlumata görə, azı 31 nəfər həyatını itirib.
Daha 7 nəfərin tibbi yardım aldığını, onlardan birinin vəziyyətinin ağır olduğunu bildirib.
Qeyd edək ki, partlayış Çində üç günlük Dragon Boat festivalı ərəfəsində baş verib.
Xəyalə Xəlilova