Netflix ekipajının “inanılmaz dərəcədə ac” pələng köpəkbalıqlarının hücumuna məruz qaldığı məlum olub.
Faktmedia.az xəbər verir ki, hadisə “Our Planet II” sənədli serialının çəkilişləri zamanı baş verib.
Bildirilib ki, serialın Emmy mükafatını qazanan komandası Şimal-qərb Havay adalarından biri olan Laysan yaxınlığında balinaların sualtı görüntülərini toplayarkən köpək balıqlarının hücumuna məruz qalıb.
Radio Times-a danışan rejissor Toby Nowlan, köpəkbalıqlarının davranışının "son dərəcə qeyri-adi" olduğunu söylədi və heyvanların "inanılmaz dərəcədə ac" göründüyünü söyləyib:
“Köpəkbalığını qovmağa çalışdıq, amma o, buraxmadı. Dəhşətli idi. Bu, həmin gün bizə hücum edən ikinci köpəkbalığı idi”.
Rəna Həsənova