Misirin Hurqhada şəhərində tətilə gedən rusiyalı turist köpək balığının hücumuna məruz qalıb.
Faktmedia.az xəbər verir ki, hücumdan xilas olmağa çalışan turist qışqıraraq kömək istəyərkən rus turistə heç kimin kömək etmədiyi görülüb.
Hücumdan sonra təhlükəsizlik qüvvələri köpək balığını yaxalayıb və rus turistin meyiti sudan çıxarılıb. Hücum anı sahildəkilər tərəfindən anbaan lentə alınıb.
Hücumun baş verdiyi çimərlik təhlükəsizlik səbəbilə bağlanıb.
Xəyalə Xəlilova