Avropada qeyri-adi yüksək inflyasiya, artan faiz dərəcələri və iqtisadi perspektivlə bağlı qeyri-müəyyənlik getdikcə daha çox şirkəti işçilərin sayını azaltmağa məcbur etdiyi üçün işdən çıxarılmalar sürətlənib.
Faktmedia.az xəbər verir ki, mal və xidmətlərin qiymətləri Covid-19 epidemiyasından sonra tədarük zəncirindəki pozulmalar və artan tələb səbəbindən bahalaşıb. Rusiya-Ukrayna müharibəsinin təsiri ilə inadkarlaşan inflyasiya ilə mübarizə məqsədilə artırılan faiz dərəcələri Avropada son illərin ən yüksək səviyyəsini görüb.
Yüksək inflyasiya və yüksək faiz dərəcələri və pisləşən makroiqtisadi mənzərənin yaratdığı qeyri-müəyyənlik getdikcə daha çox şirkəti ixtisarları sürətləndirməyə və xərcləri azaltmaq üçün işə qəbul zamanı əyləc tətbiq etməyə məcbur edir.
Qeyd edək ki, bu ilin əvvəlindən texnologiya, istehsal və avtomobil sektoru başda olmaqla, demək olar ki, bütün sektorlara yayılan ixtisarlar, İngiltərə mərkəzli telekommunikasiya şirkətləri BT və Vodafone tərəfindən açıqlanan işdən çıxarılma qərarları ilə sürətlənib.
Xəyalə Xəlilova