Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda seçki məntəqələrinin birində seçicisini qorxudub.
Faktmedia.az xəbər verir ki, görüntülər TGRT Haber TV-nin "Youtube" kanalında yayımlanıb.
Videoda ölkənin hazırkı prezidentinin seçki qutuları üçün növbəyə durduğu görünür. Onun qabağında arxasında kimin olduğunu bilməyən mavi gödəkçəli bir adam durub. O, dönüb, Ərdoğanı görüb və təəccüblə atılıb. Qeyd olunur ki, Ərdoğan sonradan həmin şəxsin oğlu ilə də danışıb.
Havar Şəfiyeva