Rusiya hərbi bazasinin iki hərbçisi Gorus yaxinliğinda qəzaya düşüb. Toqquşan avtomobillərdən birinin sürücüsü və onun sərnişini Rusiya hərbçiləridir.
Sputnik Armeniya xəbər verir ki, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının iki hərbçisi Gorus yaxınlığında “Nor Zəngər” adlanan ərazidə qəzaya düşüb.
Hadisə Sünik rayonunda iki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində baş verib. Birini 41 yaşlı Sater S, digərini isə 19 yaşlı Qraçya S idarə edib. İki avtomobilin sərnişinləri – 46 yaşlı Rusiya Federasiyası vətəndaşı Sergey S və Sünik rayon sakini 24 yaşlı Erik A xəsarət alıblar.
Onlar bədən xəsarətləri ilə Gorus Tibb Mərkəzinə yerləşdiriliblər.
Rəna Həsənova