Futbol üzrə Türkiyə milli komandasının və İstanbulun “Qalatasaray” klubunun sabiq futbolçusu Arda Turan baş məşqçiliyə başlayır.
Faktmedia.az xəbər verir ki, 36 yaşlı keçmiş yarımmüdafiəçi Türkiyə 1-ci Liqasında çıxış edən “Eyüpspor”u çalışdıracaq.
Qeyd edək ki, Arda Turan ötən il karyerasını başa vurub.
O, ölkəsində “Qalatasaray”, “Başakşehir”, xaricdə isə İspaniyada “Atletiko” (Madrid) və “Barselona” klublarının şərəfini qoruyub.