Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariyə Zaxarova qaçqınların saxlanmasını ev təsərrüfatlarına keçirmək istəyində ABŞ-ın ikiüzlülüyünü qeyd edib
Faktmedia.az xəbər verir ki, bu barədə Zaxarova öz Teleqram kanalında məlumat verib.
Rusiyalı diplomatın sözlərinə görə, proqram qaçqınlara dəstək öhdəliyini ABŞ dövlət büdcəsindən götürmək və bu yükü şəxsi ev təsərrüfatlarına yükləmək məqsədi daşıyır. Zaxarovanın sözlərinə görə, “Amerikanın heyrətamiz, lakin çox açıq-aşkar ikiüzlülüyü məhz bunda görünür”.
Zaxarova ABŞ-ı yüz minlərlə insanın İraqda, Suriyada, Liviyada, Əfqanıstanda, indi də Ukraynada qaçqın vəziyyətinə düşdüyünə görə qınayıb.
O, Amerika hakimiyyətini də tənqid edib.
Diplomat hesab edir ki, ölkənin maliyyə öhdəliklərinin şəxsi tacirlərə həvalə edilməsi dövlət aparatının fəaliyyətini, sosial ehtiyaclarını lazımi səviyyədə ödəyə bilməməyin nəticəsidir.
Havar Şəfiyeva