“Rusiyanın 70-dən çox aviasiya təyyarəsi sanksiyaların tətbiqindən sonra xaricdə qalıb”.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya nəqliyyat naziri Vitali Savelyev deyib
"Təəssüf ki, bir çox hava daşıyıcıları Qərb sanksiyalarının tətbiqindən sonra təyyarələrdən imtina etmək qərarına gəldilər. Nəticədə biz 75 reaktiv təyyarə itirdik, bunun təxminən dörddə biri xaricdə qaldı”- deyə o vurğulayıb.
Qeyd edək ki, hazırda Rusiyada 1297 reaktiv təyyarə işləyir, onlardan 1167-si sərnişin təyyarəsidir.
Bəsti Məmməd