Donetsk vilayətində Baxmut uğrunda gedən döyüşlərdə Rusiya işğalçı qüvvələri Ukraynadan ən azı 5 dəfə çox hərbi itki verib.
Faktmedia.az xəbər verir ki, bunu NATO rəsmisi deyib.
Qeyd edilib ki, beşə bir nisbəti Alyansın kəşfiyyat məlumatlarına əsaslanan təxmindir.
Eyni zamanda, bu nisbətə baxmayaraq, Ukraynanın şəhəri müdafiə edərkən ciddi itkilər verdiyi vurğulanır.
Qeyd olunur ki, Ukrayna rəsmiləri Rusiyanın Baxmuta hücum cəhdləri zamanı müdafiə qüvvələrinin qarşı tərəfdə böyük itkilər verdiyini dəfələrlə bəyan ediblər.