Ukrayna prezidenti Vladimir Zelenski Qələbə Gününün qeyd olunmasının 8 May tarixinə keçirilməsi haqqında qanun imzalayıb.
Ukrayna parlamentinin saytında qanun layihəsi ilə bağlı məlumatda bildirilir ki, o, iyunun 12-də prezidentin imzası ilə geri qaytarılıb.
Bundan əvvəl mayın 9-da Ukraynada 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbə Gününü əvəz edən İkinci Dünya Müharibəsində nasizm üzərində Qələbə günü, mayın 8-də isə Ukraynada Anma və Barışıq Günü qeyd olunurdu.
Bu dəyişikliklər 2015-ci ildə dekommunizasiya siyasətinin həyata keçirilməsi çərçivəsində Ali Rada tərəfindən təsdiq edilib.
Elçin Şəfiyev