Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkilərinə hazırlığa davam edir.
İlk dəfə səs verəcək tələbələrə seçki hüququ ilə bağlı maarifləndirici seminarlarla yanaşı prosesə töhfə vermək üçün müşahidəçi qismində iştirak edəcək tələbələri də müəyyən edib. Müşahidəçi qismində iştirak edəcək Tələbə Gənclər Təşkilatlarının fəal üzvlərinin siyahısı hazırlanıb, onların qeydiyyatdan keçməsi üçün Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Müşahidəçilər seçicilərin iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətmədən, səsvermənin gizliliyini saxlanılmasına kömək göstərəcək, seçki prosesinin şəffaflığına nəzarət edəcəklər.
ATGTİ 7 fevral 2024-cü ilə təyin olunan növbədənkənar Prezident seçkilərində bütün tələbə gəncləri səsvermədə fəal iştirak etməyə dəvət edir.