Bu gün yerli vaxtla saat 11:12-də Xəzər dənizində (Dağıstan) zəlzələ qeydə alınıb. Faktmedia.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Təkanların maqnitudası 4,4, dərinliyi isə 31 km olub.