Bu gün növbəti dəfə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunub.
“Report”un Laçına ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu gün məntəqədən növbəti dəfə 60 şəxs Ermənistan istiqamətinə sərbəst şəkildə keçid edib.
Belə ki, əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.